Tümendə miqrantlar yemək müqabilində yerli sakinlərə öz xidmətlərini təklif etməyə başlayıblar.
Publika.az xəbər verir ki, bu barədə URA.RU-ya vəziyyətlə tanış olan mənbə bildirib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Tümendə əcnəbilərdən ibarət qruplar peyda olmağa və məhsul müqabilində öz xidmətlərini təklif etməyə başlayıb.
Miqrantlar qeyri-peşəkar işlərə görə yemək şəklində ödəniş qəbul etməyə hazırdırlar.
Bu miqrantların hansı ölkədən gəldikləri barədə məlumat verilmir.
Bundan əvvəl Rus Pravoslav Kilsəsinin keşişi miqrant işçiləri qurdlarla müqayisə edib. Onun sözlərinə görə, əcnəbilər rusları sevmirlər, onlar özləri Rusiyada yaşamaq və “nəyisə təkmilləşdirmək” istəmirlər. Ruhani qeyd edib ki, belə hallarda “konkret tədbirlər” görülməlidir.
Tural