29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Orban ölkəsinin NATO-nun Ukraynadakı missiyasına qarşı olduğunu BƏYAN ETDİ

12 iyn 2024 11:00
GÜNDƏM
ads

Budapeşt NATO missiyasının Ukraynaya göndərilməsinə qarşıdır, lakin buna mane ola bilmir, çünki alyans üzvlərinin əksəriyyəti bu təşəbbüsü dəstəkləyir.

Publika.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.

Orban bildirib ki, o, həmsöhbətinə Macarıstanın NATO-nun alyans ərazisindən kənarda, xüsusən də Ukraynadakı hərbi əməliyyatlarında iştirak etməmək niyyəti barədə məlumat verib. Lakin Macarıstan öz mövqeyinə baxmayaraq, vəziyyəti dəyişmək iqtidarında olmadığını etiraf edib. Çünki NATO ölkələrinin əksəriyyəti əks nöqteyi-nəzərdən çıxış edir və başqa həll yollarında israrlıdır.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirmişdi ki, ukraynalı çağırışçılar döyüş bölgəsinə getmək istəməyərək ölkədən qaçır. Aprelin sonunda o, həmçinin bəyanat verdi ki, iki il ərzində Qərb siyasətçiləri Ukraynaya qoşun yeritmək və nüvə müharibəsi imkanlarını müzakirə edərək çılğınlığa düşüblər.

Bu arada ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan qeyd edib ki, Birləşmiş Ştatlar Ukraynaya öz ordusunu, müşavirlərini və təlimatçılarını göndərməyəcək.

Vazeh BƏHRAMOĞLU


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur