Fransada baş nazir postuna namizədlərin adları məlum olub.
QÜTB.AZ “Le Parisien”ə istinadən xəbər verir ki, bunlar müdafiə naziri Sebastiyan Lekornyu, Pau icmasının rəhbəri Fransua Bayrou, Troyes icmasının rəhbəri Fransua Baruendir.
Yeni baş nazir bu gün, dekabrın 5-də təyin oluna bilər.
Xatırladaq ki, dünən Fransa parlamenti keçmiş baş nazir Mişel Barnyenin kabinetinə etimadsızlıq səsverməsi keçirib.
Qeyd edək ki, ölkə parlamenti 1962-ci ildən bəri ilk dəfədir ki, baş naziri istefaya göndərir.
Adəm Abbaslı