29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

ABŞ-dan vacib Suriya açıqlaması: Türkiyəni buna görə qınamaq olmaz

17 dek 2024 11:00
DÜNYA
ads
Advertisement

Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyaları üzrə müşaviri Con Kirbi telekonfrans vasitəsilə keçirdiyi mətbuat brifinqində Suriyadakı son vəziyyəti dəyərləndirib.

QÜTB.AZ xəbər verir ki, Kirbi açıqlamasında Donald Trampın Suriyanın açarının Türkiyənin əlində olduğuna dair açıqlamalarını xatırladıb.

O, bildirib ki, son 14 ildə olduğu kimi, Suriyadakı nəticədən asılı olmayaraq, türklərin sözügedən bölgədə mühüm tərəf olduğuna şübhə yoxdur.

Kirbi ABŞ dövlət katibi Antoni Blinkenin də məhz bu səbəbdən Türkiyəyə getdiyini və Suriya ilə bağlı bütün məsələləri orada müzakirə etdiyini bildirib. O, terror təşkilatı PYD/YPG-nin Suriyadakı təhlükəsi məsələsinə də toxunub:

“Əvvəl də dediyim kimi, Türkiyə terrorçularla bağlı haqlı olaraq narahatdır. Suriya sərhədində terror təhlükəsi var və Türkiyə vətəndaşları orada terror fəaliyyətlərinin qurbanı olublar, türkləri bu təhlükədən narahat olduqlarına görə qınamaq olmaz”.

Roza

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur