MotoTanya kimi tanınan rusiyalı bayker və bloger Tatyana Ozolina türk bloger Onur Obutun təqsiri üzündən ölə bilərdi.
Publika.az xəbər verir ki, versiyalardan birinə görə Onurun motosikleti Tatyananın motosikletinə çırpılıb. Ozolina təcili yardım gələnə qədər yerindəcə keçinib.
O, yük maşınının arxasında minimum sürətlə hərəkət edib
Ozolinanın qohumları “Şot”a bildiriblər ki, türk mediasının yazdığı kimi blogerin motosikleti yük maşınına çırpılmayıb.
Onların sözlərinə görə, o, motosikleti minimum sürətlə idarə edib və yük maşınının qarşısında yavaşlayıb.
Lakin Obut sürətlə onun arxasınca hərəkət edib. O, arxadan Ozolinaya çırpılıb və birlikdə dərəyə yuvarlanıblar. MotoTanya yerindəcə keçinib, Obut ağır vəziyyətdə xəstəxanadadır.
Türkiyə mətbuatı da qəzanın eyni qrupdakı motosikletçilərin toqquşması nəticəsində baş verdiyini yazıb. Onların fikrincə, qəzaya səbəb "sükan idarəetməsini itirmək" ola bilərdi. Qeyd olunub ki, hazırda baş verənlərlə bağlı rəsmi versiya yoxdur. Yol polisi əməkdaşları hadisənin bütün hallarını araşdırmağa başlayıblar.
Karvanda başqa bir motosikletçinin də hərəkət etdiyi məlum olub. O, xəsarət almayıb.
Tural