Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP-ın namizədləri müəyyənləşib.
Həmçinin namizədliyi irəli sürülməyən YAP üzvlərinin bəzilərinin adları bəlli olub. Onların arasında sabiq sədr Oqtay Əsədov, Vasif Talıbov, İsa Həbibbəyli, Səttar Möhbalıyev var.
Qeyd edək ki, bu gün ərzində YAP-ın siyahısının açıqlanacağı gözlənilir.