Fransanın keçmiş prezidenti Fransua Olland Fransanın gələcək baş naziri olmağa can atmadığını açıqlayıb.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, hökumətin tərkibində olmaq üçün ilk növbədə lider olmaq üçün namizəd olmalısan.
“Mənim belə bir səlahiyyətim yoxdur”, - deyə Olland vurğulayıb.
Sabiq prezident diqqəti ona çəkib ki, yeni seçilmiş Fransa parlamentinin aşağı palatasında mütləq çoxluğun olmaması baş nazirin şəxsiyyəti deyil, parlamentin ölkənin həyatında oynadığı siyasi rolun önəmli olacağını göstərir.
O qeyd edib ki, yaxın gələcəkdə Fransa hakimiyyətini institusional yeniliklər gözləyir.
Akqabay