Sosial şəbəkələrdəki paylaşımları ilə diqqət çəkən dünyaca məşhur türkiyəli aşpaz Nusret Gökçe Dubaydakı restoranında müştərinin ödədiyi qəbzi paylaşıb.
Publika.az xəbər verir ki, Gökçe 398 min 630 dirhəm ödənilən (184 485 AZN) hesabı paylaşaraq “Pul gəlir, pul gedir” sözlərini yazıb.
Onun bu paylaşımı sosial şəbəkə istifadəçiləri arasında mübahisə yaradıb.