Çirkli pulların yuyulması ilə bağlı həbs olunaraq istintaqa cəlb edilən sosial media fenomenləri Dilan və Engin Polat cütlüyün məhkəməsi davam edib.
Publika.az xəbər verir ki, çirkli pulların yuyulması və qeyri-qanuni mərc oyunları kimi cinayətlərə görə istintaq başladılan Dilan Polat və əri Engin Polat barəsində növbəti həbs-qətimkan tədbiri keçirilib.
Saxlanılanların ifadələri SEGBİS vasitəsilə alınıb. Onlara qarşı törədilmiş cinayət nəticəsində əldə edilmiş əmlakın leqallaşdırılması, qanunsuz mərc oyunları və digər cinayətlərin xarakterinə görə onların hər biri barəsində ayrıca həbs qətimkan tədbirinin davam etdirilməsi qərara alınıb.
Qeyd edək ki, noyabrın 1-də İstanbulun 6 vilayətində həyata keçirilən əməliyyatlarda aralarında Dilan Polat və əri Engin Polatın da olduğu 24 şübhəli saxlanılıb.
Cəmilə