İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 24-də ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcək.
QUTB.AZ xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti İsrail rəsmisinə istinadla yazır.
Onun sözlərinə görə, Netanyahunun Konqresin əsas üzvləri tərəfindən dəvət olunduğu çıxış iyulun 24-nə planlaşdırılıb.
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson daha sonra "X" hesabında Netanyahunun həqiqətən də ABŞ Konqresinin hər iki palatasının birgə iclasında iştirak edəcəyini yazıb. O, bunu ABŞ Senatındakı Respublikaçı Azlıqların lideri Mitç McConnell ilə birlikdə elan etməkdən şad olduğunu qeyd edib .