Aleksey Navalnının anası və vəkilləri siyasətçinin cəsədinin koloniyadan götürüldüyü Salekharddakı morqa buraxılmayıb.
Publika.az xəbər verir ki, bu haqda Navalnının mətbuat katibi Kira Yarmış məlumat verib.
“Səhər tezdən Alekseyin anası və vəkilləri morqa gəldilər. Onların içəri girməsinə icazə verilmədi. Vəkillərdən biri sözün əsl mənasında qovuldu. Alekseyin cəsədinin orada olub-olmadığını soruşduqda işçilər cavab vermirlər”, - deyə Navalnının mətbuat katibi bildirib.
Öz növbəsində, İstintaq Komitəsi Navalnının anasına və vəkillərinə siyasətçinin ölüm şəraitinin araşdırılmasının uzadıldığını deyiblər.
“Prosesin daha nə qədər çəkəcəyi məlum deyil. Ölümün səbəbi hələ də "müəyyən edilməyib" deyən Yarmış “X” sosial şəbəkəsində yazıb və əlavə edib: "Onlar yalan danışırlar".
Qeyd edək ki, “Mediazona” fevralın 18-də yazıb ki, müşahidə kameralarının qeydlərindən istifadə etməklə fevralın 17-nə keçən gecə Navalnının yerləşdiyi koloniyaya ən yaxın olan Labytnangi şəhərindən Salekharda doğru hərəkət edən FSIN kortejini izləmək mümkün olub. Jurnalistlər bu kortejin Navalnının cəsədini apara biləcəyini ehtimal edirlər.
İki gündən az müddətdə 46 mindən çox insan OVD-İnfo insan hüquqları layihəsi vasitəsilə Aleksey Navalnının cəsədinin ailəsinə qaytarılmasını tələb edərək Rusiya Federasiyasının İstintaq Komitəsinə müraciət göndərib.
Cəmilə