26.04.24 | Bakı 18.03° C |
10:04:26
Lent :

Müstəqilliyimizin 104 ili

01:45 28.05.2022
GÜNDƏM
ads

Bugün Müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür.

Xatırladaq ki, iki ilə yaxın mövcud olmuş AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoydu. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu. Həmin gün Müstəqillik Bəyannaməsi qəbul edildi və cümhuriyyətin özünün parlamenti, hökuməti, ordusu, milli pul vahidi və digər dövlətçilik atributları təsis olundu. 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi.

2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ilə yaxın erməni işğal altında qalan Qarabağ azad edildi. Artıq Azərbaycan ikinci ildir ki, 28 May - Müstəqillik Gününü öz ərazi bütövlüyünü təmin etmiş qalib dövlət kimi qeyd edir.

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    18.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az