07.05.24 | Bakı 13.03° C |
06:05:18
Lent :

ABŞ-da son sorğu: Bayden əsas ştatlarda...

10:00 26.04.2024
GÜNDƏM
ads

Qarşıdan gələn noyabr seçkilərində həlledici rol oynayacaq yeddi əsas ştatda ABŞ-ın hazırkı prezidenti Co Baydenin populyarlığının aşağı düşdüyü müşahidə edilib.

Publika.az xəbər verir ki, “Bloomberg”in aylıq sorğusuna görə, Bayden mart ayında lider idi və güclü performans və milli vəziyyətə müraciət sayəsində yaxşı iş gördü. Lakin artıq aprel ayında indiki prezident populyarlığının və elektoratının bir hissəsini itirib. Agentlik bu tendensiyanın səbəbini seçicilərin ölkənin iqtisadi inkişafı ilə bağlı bədbinliyi ilə əlaqələndirib.

Belə ki, sorğuya görə, Bayden seçkidə həlledici olacağı gözlənilən yeddi ştatdan yalnız birində liderliyini qoruyub saxlayır. Bayden Miçiqanda Trampı iki faiz qabaqlayır, lakin Pensilvaniya və Viskonsin ştatlarında ondan bir qədər geri qalır. Şimali Karolina, Corciya, Nevada və Arizonada isə Baydenin boşluğu daha çox nəzərə çarpır. Sorğu aprelin 8-dən aprelin 15-dək yeddi əyalətdə qeydə alınmış 4969 seçici arasında onlayn rejimdə aparılıb. Sorğunun orta statistik səhv marjası bir faiz bəndidir.

ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.

Tural


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az