07.05.24 | Bakı 13.03° C |
04:05:36
Lent :

İcma Avropa Parlamentinin bu qətnaməsini PİSLƏDİ

10:00 26.04.2024
GÜNDƏM
ads

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib.

Publika.az xəbər verir ki, bu barədə İcmanın bəyanatında qeyd edilib.

Bəyanatda bildirilib ki, eyni mərkəzdən idarə olunan məlum bədxah xarici dairələr son günlər “insan hüquqları” bəhanəsi ilə Azərbaycana qarşı səlib yürüşlərini intensivləşdirib.

"ABŞ konqresində və dövlət departamenti tərəfindən bu həftə atılmış anti-Azərbaycan addımların ardınca Avropa Parlamenti 25 aprel tarixində qərəz və böhtan dolu akt qəbul etmişdir. Guya azərbaycanlıların insan hüquqlarının qeydinə qalan ikiüzlü Avropa parlamentariləri sözügedən qətnamə ilə Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırmışdır.

Görəsən, ötən 30 ildə Ermənistan Azərbaycan ərazilərini işğal edib yüz minlərlə azərbaycanlını etnik təmizləməyə məruz qoyanda, 30 minə yaxın azərbaycanlını qətlə yetirəndə onların hüquqları Avropa Parlamentinin yadına niyə düşmürdü? Ermənistanın öz ərazisindən qovduğu 300 min azərbaycanlının öz evinə qayıtmasına imkan verməməsi və Qərbi Azərbaycan İcmasının dialoq çağırışına məhəl qoymaması Avropa Parlamentini niyə heç narahat etmir?

Bütün bunlar onu sübut edir ki, Avropa Parlamentinin son addımlarının əsl səbəbi insan hüquqları deyil, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməməsidir.

Əgər Avropa Parlamenti sanksiyalar yolu ilə insan hüquqlarını təşviq etmək istəyirdisə, onda milyondan artıq azərbaycanlının təməl hüququnu pozmuş Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çalışmalı idi. Qərbi Azərbaycan İcması Avropa Parlamentindən ayrı-seçkilik siyasətindən, regionda vəziyyəti gərginləşdirən addımlardan və insan hüquqları kimi ali dəyərdən sui-istifadə cəhdlərindən əl çəkməyi və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edir”, - bəyanatda vurğulanıb.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az