04.05.24 | Bakı 21.03° C |
18:05:41
Lent :

Alimdən şok xəbərdarlıq: Hazır olun, bu yoluxucu xəstəlik bütün dünyanı bürüyəcək

10:00 25.04.2024
GÜNDƏM
ads

Mütəxəssislər bildiriblər ki, iqlim böhranı səbəbindən Avropada ağcaqanadlardan yoluxucu xəstəliklər yayılır.

Publika.az xəbər verir ki, qlobal istiləşmə ağcaqanadları daha isti, daha rütubətli şəraitlə təmin etdiyi üçün malyariya və dang qızdırması kimi xəstəliklərin sayı xeyli artıb.

İspan professor Rachel Lovee xəbərdarlıq edib ki, ağcaqanadlarla yoluxan xəstəlik epidemiyaları yaxın bir neçə onillikdə Şimali Avropa, Asiya, Şimali Amerika və Avstraliyaya yayılacaq.

O, Barselonada Avropa Kliniki Mikrobiologiya və Yoluxucu Xəstəliklər Cəmiyyətinin qlobal konqresində çıxış edərək dünyanın bu xəstəliklərin kəskin artmasına hazır olması barədə xəbərdarlıq edib.

Qeyd edək ki, denge qızdırması ilk növbədə tropik və subtropik bölgələrdə aşkar edilib. Daha uzun isti mövsümlər və daha az şaxtalar bu xəstəliyin dünyada sürətlə yayılmasına səbəb olacaq.

Aysel Şahmar


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    21.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az