Elon Mask “X” şəbəkəsinin bəzi əməkdaşlarını hədələyən və daha sonra 3 nəfəri öldürən şəxs haqda məlumat paylaşıb.
Publika.az xəbər verir ki, Mask "X" sosial media hesabında ABŞ-ın Kaliforniya ştatında cinayətkarlıqla mübarizəni kəskin tənqid edib.
O, polisin onsuz da şikayəti araşdırmayacağını əsas gətirərək rəsmi qurumlara müraciət etmədiklərini, həmin şəxsin daha sonra 3 nəfəri öldürdüyünü bildirib:
“Keçən ilin sonunda bir neçə “X” işçisi San-Fransiskoda “Valgreens”-in qarşısında bıçaqla bir adam tərəfindən təhdid edildi. Bu barədə polisə məlumat vermədik. Çünki Kaliforniyada belə cinayətlərə məhəl qoyulmadığını bilirik. Həmin şəxs daha sonra 3 nəfəri öldürdü”.
Roza Şəfiyeva