ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gəlsə, onun siyasəti Ukrayna üçün ciddi nəticələrə səbəb olacaq.
Publika.az xəbər verir ki, bu fikir Britaniyanın “The Telegraph” nəşrinin məqaləsində yer alıb.
Materialda qeyd olunub ki, Trampın Ohayo ştatından senator Ceyms Devid Vensi ölkənin vitse-prezidenti postuna namizəd göstərməsi Avropa üçün həyəcan siqnalı olmalıdır.
“Bu, Ukraynadakı münaqişə və Qərbin təhlükəsizliyinin gələcəyi üçün ciddi nəticələrə səbəb olacaq. Çünki bundan sonar “əvvəlcə ABŞ, sonra Avropa” siyasəti yürüdüləcək”, - deyə nəşrdə bildirilib.
Cəmilə