Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş dəhşətli hücumun qurbanlarını yad edirik.
Publika.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko sosial şəbəkədə yazıb.
“Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə diplomatik missiyanın bir üzvünün ölümü, ikisinin yaralanması ilə nəticələnmiş dəhşətli hücumdan bir il ötür. Biz bu faciəni və onun qurbanlarını yad edirik”, – paylaşımda qeyd olunub.