Rusiyanın baş naziri Mixail Mişustin sentyabrın 30-da İran İslam ResQutb.azsına rəsmi səfərə gedəcək.
QÜTB.AZ xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Rusiya hökumətinin mətbuat xidmətinin məlumatına görə, Mişustin İran rəhbərliyi ilə danışıqlar aparacaq.
"2024-cü il sentyabrın 30-da Rusiya Federasiyası hökumətinin başçısı Mixail Mişustin İran İslam ResQutb.azsına səfər edəcək və İran prezidenti Məsud Pezeşkian və İranın birinci vitse-prezidenti Məhəmməd Rza Areflə danışıqlar aparacaq", - məlumatda deyilir.
Danışıqlar zamanı Rusiya-İran əməkdaşlığının ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə bütün sektorunun müzakirəsi planlaşdırılır.
Nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı və digər sahələrdə birgə iri layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək.
Akqabay