Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono arasında görüş olub.
Publika.az xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
Bono ilə Mirzoyan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.