"Fənərbağça" Türkiyə millisinin və Portuqaliyanın "Benfika" klubunun futbolçusu Kərəm Aktürkoğlunu transfer edib.
Qutb.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Kərəm Aktürkoğlu “Benfika”ya 2024-cü ilin sentyabr ayında “Qalatasaray”dan keçib.