07.04.25 | Bakı 11.03° C |
23:04:19
Lent :

İslamiadada çıxış edəcək Azərbaycan taekvondoçularının adları açıqlanıb

04 avq 2022 08:49
İDMAN
ads

Taekvondo üzrə Azərbaycan milli komandasının Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

 "Report"a istinadən verilən məlumata görə, məşqçilər korpusu yarışda 14 idmançıya şans verəcək.

Kişilərdən ibarət yığmadan baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında dayanq üzərinə Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Pərviz İsgəndərov (63 kq), Cavad Ağayev (68 kq), Məhəmməd Məmmədov (74 kq), Taleh Süleymanov (80 kq), Milad Beiqi Harçeqani (87 kq) və Radik İsayev (+87 kq) çıxacaqlar.

Qadın millisinin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimov isə İslamiadada Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Röya Hacıyeva (53 kq), Səidə Əliyeva (57 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizovanı (67 kq) sınaqdan keçirəcək.

İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi avqustun 9-da olacaq və yarış avqustun 18-dək davam edəcək. Konyada taekvondoçuların mübarizəsi də start günündən başlayacaq. Dayanq ustaları 4 gün ərzində güclərini sınayacaqlar.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur