Ötən gecə Los-Ancelesin iki komandası eyni meydançada NBA-nın müntəzəm mövsümündəki ev oyunlarını keçirib.
QÜTB.AZ xəbər verir ki, əvvəlcə “Klippers” “Hyuston”u qəbul edib. Meydan sahibləri bu oyunda 106:117 hesabı ilə məğlub olub.
Həmin axşam “Leykers” “Portlend”lə qarşılaşıb və 107:98 hesabı ilə qalib gəlməyi bacarıb.
Maraqlıdır ki, sonuncu dəfə Los-Ancelesin iki komandası eyni gündə eyni arenada oyun keçirib 1999-cu ildə.