21.06.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Şimali Koreyadan ilin ilk raket buraxılışı: iki ölkə təsdiqlədi

06 yan 2025 09:00
DÜNYA
ads

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.

QÜTB.AZ xəbər verir ki, u barədə "Yonhap" agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, Cənubi Koreya hərbçiləri raketin uçuş istiqamətini izləyir, onun uçuş məsafəsi və digər parametrlərini qiymətləndirir.

Agentliyin məlumatına görə, bu, Şimali Koreyanın bu il buraxdığı ilk ballistik raketdir.

Yaponiya Müdafiə Nazirliyi də Şimali Koreyanın raket buraxılışını təsdiqləyib. Agentlik Yaponiya təyyarə və gəmilərini raketin uçuşu ilə bağlı məlumatları izləməyə və düşəcəyi təqdirdə fraqmentlərə yaxınlaşmamağa çağırıb.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur