28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Məşhurlar qiymətli zinət əşyaları ilə göz qamaşdırdılar

18 mar 2024 10:00
GÜNDƏM
ads

“Oskar” mükafatları həmişə kino yaradıcılığı ilə bağlı olmayıb, son bir neçə ildə məşhurlar öz qüsursuz üslubları ilə öyünmək üçün dünyanın ən yaxşı stilistləri ilə əməkdaşlıq edirlər. Bu zaman köməyə əlbəttə ki, bahalı daş-qaşlar gəlir. İstənilən təmtəraqlı mərasimdə qadınların ən yaxşı dostları brilyantlardır. Ötən həftə baş tutan 96-cı "Oskar" mükafatlandırma mərasini də istisna olmadı. Dünya ulduzları obrazlarını gözqamaşdırıcı sırğalar, boyunbağılar, üzüklər və bilərziklərlə tamamlamışdı.

Publika.az oxucuları gecənin ən qiymətli zərgərlik nümunələri ilə tanış edir.

Anya Teylor-Coy "Tiffany & Co" bəzəyində

Anya Teylor-Coy bu ilki "Oskar" xalça keçidinin əsas ulduzlarından biri idi. O, hər kəsi təkcə məşhur "Junon Dior" paltarının remeyki ilə deyil, həm də qüsursuz seçilmiş "Tiffany & Co" brilyantları ilə ovsunladı. Aktrisanın boynunu tikanvari almazlarla bəzədilmiş iri boyunbağı vurğulayırdı. Ən böyük daşın çəkisi səkkiz karatdır. Eyni kolleksiyadan gülləri xatırladan sırğalar isə aktrisanın incə obrazını tamamlayıb.

Zendaya "Bulgari"də

Zendayanın xalçaya çıxışını çoxu böyük səbirsizliklə gözləyirdi. Bütün dünya aktrisanın hər dəfə təəccübləndirən və gözqamaşdıran misilsiz obrazlarını izləyir. "Dune" ulduzu parıltılı paltarını morqanitlər, çəhrayı turmalinlər, spessartinlər və brilyantlarla bəzədilmiş çəhrayı qızılı "Bulgari High Jewelry" sırğaları ilə birləşdirib.

Florens Pyu "Bulgari"də

Son vaxtlar ulduz tamaşaçılar tərəfindən tez-tez tənqid olunur. Bunun səbəbi Florens Pyu "Dune: Part Two" filmində şahzadə roluna seçilməsidir. Bununla belə, o, şərhlərə tab gətirməkdə və filmin ruhunda analoqu olmayan obrazlar nümayiş etdirməkdə davam edir. Mərasimə o, "Del Core"dən qeyri-adi paltarda təşrif buyurmuşdu. Obrazını aktrisa "Serpenti Bulgari" kolleksiyasından brilyant qaşlarla işlənmiş ilan boyunbağı, həmçinin platin sırğalarla vurğulayıb.

Emma Stoun "Louis Vuitton"da

"Oskar" mükafatını almaq üçün səhnəyə çıxanda paltarı cırılsa da, Emma Stounun obrazı şübhəsiz ki, ən yaddaqalan çıxışlardan idi. O, "Yazıqlar və bədbəxtlər" filmindəki roluna görə, "Ən yaxşı aktrisa" mükafatını alarkən elə səhnədəcə "Louis Vuitton" markasından olan paltarının cırıldığını elan etdi. Brendin reklamı uğursuzluqla nəticələnsə də, Emma zinət əşyaları ilə hər kəsi heyran edə bildi. O, yumşaq mavi çalardakı libasını "Louis Vuitton"un zərgərlik kolleksiyasından 30 karatlıq sarı sapfir boyunbağı və brilyant sırğalarla tamamlamışdı.

Şarlz Teron "Boucheron"da

Məşhur ulduzların çoxu qırmızı xalça üçün ənənəvi qara paltarlar deyil, zinət əşyalarını taxmaq üçün xüsusi məsuliyyət tələb edən parıltılı və açıq rəngli paltarları seçmişdilər. Şarliz Teron da öz görünüşü ilə tamaşaçıları ovsunlayaraq, qüsursuz üsluba malik olduğunu bir daha nümayiş etdirdi. O, zərif atlaz paltarını qədim yunan kraliçalarının ruhunda olan enli boyunbağı və "Boucheron Quatre" kolleksiyasından uzun sırğalar ilə tamamlayıb.

Marqo Robbi "René Boivin"də

Ulduzlar arasında vintaj stilinə müraciət edənlər də var idi. Müasir "Barbie" "Versace" imzalı paltarını fransız zərgər "Rene Boivin" və onun eyniadlı zərgərlik evinin bilərzik və üzüyü ilə tamamlayıb. Marqo Robbi heç bir mükafata layiq görülməsə də, göstərdi ki, tünd rəngdə də ideal gəlincik obrazı yarada bilir. Məşhurun ​​biləyi və barmağı ötən əsrin 30-cu illərinə aid sarı qızıl, platin və brilyantdan hazırlanmış dəstlə bəzədilib.

Lili Qladstroun "Bulgari"də

Bir çox tamaşaçı aktrisanı “Çiçəkli gecənin qatilləri” filmindəki roluna görə əlində heykəlciklə görmək arzusunda idi. Mükafat Emma Stouna verildi, lakin Lili obrazını uzun müddət xatırlayacağıq. Məşhur tünd mavi məxmər "Gucci" imzalı paltarını "Bulgari's Divas' Dream High Jewelry" kolleksiyasından qeyri-adi zərgərlik parçası ilə tamamlayıb. O, ən böyük qaşı təxminən 28 karat ağırlığında olan ağır boyunbağı seçib. Ağ qızılı sapfir üzük, brilyant qaşlarla işlənmiş platin bilərzik isə obrazın son ştrixləri rolunda çıxış edib.

Heyli Staynfeld "Chopard"da

Xalçadakı ilk cazibədar obrazlardan biri Heyli Staynfeld idi. O, qızılı korsetli qüsursuz mavi paltarını "Chopard" zərgərlik brendinin sarı və ağ brilyant qaşlı sırğaları ilə birləşdirib. Barmaqlarını isə qızılgül formasında brilyant qaşlı böyük qızıl üzük vurğulayırdı.

Qabriel Yunion "Tiffany & Co"da

"Oskar" gecəsində Qabriel Yunionun "Carolina Herrera" imzalı metal libasından gözləri ayırmaq mümkün deyildi. Aydındır ki, belə bir libasa zərgərlik seçmək asan deyil, stilist paltarı tamamlayan, eyni zamanda obrazın parlaqlığını çox yükləməyən bəzəklər seçməli idi. Onun seçimi "Tiffany & Co"nun zərif üzükləri, sırğa və boyunbağısı olub. Sonuncu zinət əşyasının əsas vurğusu 31 karat ağırlığında akvamarin daşıdır.

Aytən


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur