İsrail Müdafiə Qüvvələrinə (IDF) məxsus döyüş təyyarələri “Hizbullah” hərəkatının komanda mərkəzinə və Livanın cənubundakı Xiam kəndindəki müşahidə məntəqəsinə zərbələr endirib.
Publika.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
IDF-nin qırıcı təyyarələri bundan öncə "Hizbullah"ın Aita əş-Şab və Mühaydibdə istifadə etdiyi daha bir müşahidə məntəqəsinə zərbələr endirib.
Bu gün həmçinin Livanın Ərəb əl-Aramşe bölgəsinə də bir raket atılıb və açıq əraziyə düşüb.