Amerikalı reper Niki Minaj Amsterdam hava limanında narkotik saxladığı üçün həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə Hollandiyanın NU.nl nəşri hərbi polis nümayəndəsinə istinadla məlumat yayıb.
“Reper və müğənni Nikki Minaj Şiphol hava limanında həbs edilib. Deyirlər ki, müğənni özü ilə yüngül narkotik götürüb”, – jurnalistlər yazıb.
Mənbə bildirib ki, sənətçi dindirilir. Rəsmi olaraq, polis məhbusun kimliyini təsdiqləmir, onlar yalnız Amerikadan olan 41 yaşlı qadından danışırlar.
Müğənninin özü də "Instagram"da həbsindən danışıb, həmçinin video yayımlayıb. O, günahını rədd edir və həbsə də müqavimət göstərib.
Qeyd olunur ki, Minaj Amsterdamda verdiyi konsertdən bir neçə saat sonra saxlanılıb.
Hüseyn İbadlı