“Mançester Yunayted”in cinah oyunçusu Alexandro Qarnaço kluba sərfəli təklif gələrsə, bu ay komandadan ayrıla bilər.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.
Mankunianların istedadlı futbolçu ilə ayrılmaq istəyi Premyer Liqanın gəlirlilik və davamlı inkişaf qaydaları ilə bağlıdır. Qarnaçonu satmaq "qırmızı şeytanlar"a xalis qazanc gətirəcək. Çünki o, klubun yetiməsi sayılır.
"Yunayted" onun qiymətini 70 milyon avro olaraq müəyyənləşdirib. Transfer məbləğinin artacağı ehtimal edilir.
Alexandro Qarnaçonun artıq "elçi"si var. "Napoli"nin baş məşqçisi Antonio Konte onu Xviça Kvaratsxeliyanı əvəzləyicisi kimi görür. Gürcü cinah oyunçusu da öz növbəsində PSJ ilə şəxsi müqaviləsinin şərtlərini artıq razılaşdırıb.
Qutb