31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Bu tərəvəzin tərkibindəki silikon dəri üçün çox faydalıdır

24 fev 2024 00:00
GÜNDƏM
ads

Qışda insan dərisi çox stress keçirir. Buna görə də mövsüm keçidlərində onu isti havaların başlanğıcına hazırlamaq üçün vaxt ayırmaq vacibdir. İlk növbədə dərinizin sağlam görünüşünü və elastikliyini bərpa etməyə kömək edəcək qida məhsulları haqda düşünməlisiniz.

Publika.az xəbər verir ki, endokrinoloq və diyetoloq Ancelina Vodolazkaya bu barədə ətraflı məlumat verib.

"Qırmızı balıqlara, xüsusən də Atlantik qızılbalığına üstünlük verin. Tərkibindəki Omeqa-3 yağ turşuları qışdan sonra dəri baryerinin möhkəmlənməsini və bərpasını təmin edir və xarici amillərdən müdafiə edir. Tərkibindəki astaksantin dərinin gənc və sağlam görünüşünü qoruyur", - Vodolazkaya “Gazeta.ru”ya müsahibəsində bildirib.

Ekspert əlavə edib ki, qışda bədənimiz D vitamininin əlavə mənbələrinə ehtiyac duyur. Bu mikroelementlər mal qaraciyərində daha çox miqdarda olur. Tərkibində həmçinin dərinin yenilənməsinə və onu xarici təsirlərdən - ultrabənövşəyi radiasiyadan və mavi işıqdan qorumağa kömək edən A vitamini var. Ancaq bu məhsul həddindən artıq yeyilməməlidir.

"Kələmin tərkibində dəri üçün faydalı olan C və K vitaminləri, həmçinin silikon var. Vitamin C dərimizə təbii parıltı verməklə yanaşı, immunitetimizi də gücləndirir. Silikon dəridə kollagenin əmələ gəlməsini yaxşılaşdırır, saç və dırnaqları gücləndirir.

Zeytunun tərkibində dərinin bərpasını gücləndirən hidroksitiozol adlı maddə var. Zeytun Aralıq dənizi pəhrizinin əsas tərkib hissələrindən biridir və onların pəhrizdə istifadəsi orqanizmə dəri rəngini və piqmentini bərabərləşdirməyə kömək edir. Kivi isə dərinin qoruyucu sistemini gücləndirən polifenollar sayəsində C vitamininin sorulmasına kömək edir. Kivinin tərkibindəki unikal mikroelementlər kompleksi dərinin rəngini yaxşılaşdırır", - endokrinoloq qeyd edib.

Həkim dərinin yaxşı nəmləndirilməsi üçün bədəni nəmləndirməyi unutmamağa səsləyib. Gündəlik mayenin, daha dəqiq desək, adi suyun günlük norması 1,5-2 litrdir. Orqanizm suyu həmçinin göyərti, balqabaq, xiyar və kərəviz kimi tərəvəzlərdən ala bilir. Dərinizi yaza hazırlamaqda vitamin-mineral kompleksi də yaxşı təsir göstərəcək.

Aytən Məftun


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur