29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Mənsum İbrahimovdan Təyyarın oğluna qadağa

17 sen 2024 17:00
GÜNDƏM
ads
Advertisement

Əməkdar artist Təyyar Bayramov uzun müddət sonra ilk dəfə oğlu Kənan Bayramovla efirə çıxıb.

QÜTB.AZ Axşam.az-a istinadən xəbər verir ki, xanəndənin ad gününə həsr edilən “Qonaqcanlı”da oğlu studiyaya gələrək, onunla birlikdə mahnı oxuyub.

T.Bayramov “Dəvət etmisiniz, amma Kənanın mənimlə oxumasına hələ çox var. Kənan ikinci kursa keçib. Mənsum İbrahimov (Xalq artisti - red.) onun ustadıdır. O, oxumasına hələ icazə vermir”, - sözlərini deyib.

T.Bayramov bildirib ki, oğlunun səsinə görə bir müddət oxumasına icazə verilmir:

“Kənanın səsinə əziyyət olmaz. İnanırıq ki, yaxın vaxtlarda qaydasına düşəcək”.

Qeyd edək ki, Kənan Bayramov 2021-ci ildə Şuşada keçirilən “Xarıbülbül” festivalında “Bayatı şiraz” muğamı oxuyub. O, bu ifasından sonra Şuşada-Cıdır düzündə elə bir zəngulə vurub ki, əks sədası illərdir düşmən əsarətində qalan qayalardan, dağlardan da eşidilir. Kənanın sözügedən ifası qardaş Türkiyədə də böyük müzakirələrə səbəb olmuşdu.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur