31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

"Məni heç bir "hacı" Fatimə etməyib"

30 yan 2024 09:00
GÜNDƏM
ads

"Yayda konsert etmək istəyirəm. Amma çox maddiyyat tələb edir. Mən isə pulu öz problemlərimi həll etməyə sərf edirəm. Sənət öz yerində, amma heyf ki, biz öz rəqsimizə, sənətimizə dəyər vermirik. Rəqsi yaşadanı görən yoxdur. Bunu da görəndə passivləşirəm".

Publika.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında rəqqasə Fatimə Fətəliyeva deyib. Konsert arzusu olan sənətçi bunun çox pul tələb etməsindən danışıb:

"Öz biznesimi də folklorumuza həsr etmişəm. Ora mənim qazanc yerimdir. Ailəm, özüm üçün işləyirəm".

Fatimə son günlər sənət adamlarının adlarının "hacı"larla hallanması məsələsinə də toxunub:

"Səhifələrdə qarşıma çıxır ki, yazırlar şou-biznesdə filankəslər "hacı"larla tanınıblar. Mədəniyyət sahəsində olanlara bu cür baxmayın. Elə özümdən deyim... Məni heç bir "hacı" Fatimə etməyib. Ana qarışqa kimi çalışıb bu yerlərə gəlmişəm. Xoşbəxtəm ki, Allah mənə gözəl ürəyi verib. Nə qədər pisliklər, zərbələr görsəm də, insanlara olan sevgim azalmır. Bəzən elə olur ki, sənətdən küsürsən. Amma sonra deyirəm, yox, Allah mənə güc versin, daha çox iş görüm".


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur