Türkiyənin "Haber7" portalının təhlükəsizlik üzrə analitiki Dr. Eray Güçlüer AKINCI PUA-larının Azərbaycan səmasında uçması ilə bağlı önəmli açıqlamalar verib.
Publika.az xəbər verir ki, türkiyəli analitik vurğulayıb ki, Azərbaycanda prezident seçkilərindən bir gün sonra AKINCI PUA-larının uçmasının xüsusi bir özəlliyi var.
“Bunun çox öməli bir anlamı var. Ermənistan Amerika, Fransa, Hindistan, İran və Rusiya tərəfindən silahlandırılır. İrəvan beynəlxalq güclərdən istifadə edib Qarabağa yenidən qayıtmaq niyyətindədir. Bunun üçün adını sadaladığım dövlətlər Ermənistana silah yığmaqla məşğuldur. Unutmasınlar ki, döyüşü silahlar yox, insanlar qazanır. Ayrca, Azərbaycanda çox müasir, güclü silah sistemləri var. Bunlardan biri də yeni AKINCI PUA-lardır", analitik qeyd edib.
Güçlüer deyib ki, Türkiyə İHA sayına görə dünyada üçüncü yerdədir. Hətta Rusiyanı belə geridə qoyub.
Cəmilə