Türkiyəli məşhur müğənni Kənan Doğulunun ötən axşam 50 illik yubileyi münasibətilə şəxsi evində təşkil etdiyi ad günü şənliyinə polis müdaxilə edib.
Publika.az xəbər verir ki, bu barədə "Magazine Online" məlumat yayıb.
Xəbərə görə, Doğulu ziyafətdən əvvəl qonşularına məktub göndərərək, yarana biləcək səs-küyə görə üzr istəyib. Lakin gecə yarısından sonra artmağa davam edən səs-küy qonşuları hiddətləndirib və polis gəlib.
Qeyd edək ki, Doğulu və aktrisa həyat yoldaşı Beren Saat çoxsaylı qonaqların axın etdiyi parti üçün ciddi hazırlıq görüblər.
Roza