ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial şəbəkədəki səhifəsində qocalar evinin əvəzinə Ağ Evin olduğu iddia edilən ironik video yayımlayıb.
Publika.az xəbər verir ki, videoda ABŞ-ın hazırkı prezidenti Co Bayden komik şəkildə bu qocalar evinin sakini kimi göstərilir.
Videoçarxda kadrarxası səslə deyilir ki, “Ağ qocalar evinin” sakinləri 24 saat peşəkar qulluq və evdə bişirilən ləzzətli yeməklərlə təmin olunurlar.