"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandanın futbolçularına jest edib.
Publika.az xəbər verir ki, ispan mütəxəssis futbolçularına ailələrini Dubaydakı təlim-məşq toplanışına aparmağa icazə verib, Bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin sözlərinə görə, ispaniyalı mütəxəssis belə qərarın klubdakı ab-havanı yaxşılaşdıracağına, həm də komandanın böhrandan çıxış yolu tapmasına kömək edəcəyinə ümid edir.
“Arsenal” yanvarın 7-də İngiltərə kubokunda “Liverpul”a 0:2 hesabı ilə uduzaraq turnirdən kənarda qalıb. Eyni zamanda London klubu “Vest Hem”ə məğlib olmaqla (1:3) Liqa Kubokundakı çıxışını da başa vurub.
Premyer Liqada keçirdiyi 20 oyundan sonra "Arsenal" 40 xalla 4-cü yerdədir. Çempionatın lideri 45 xalla "Liverpul"dur.
Heybət