Ukrayna Rusiyaya qarşı yeni sanksiya paketi tətbiq edib.
Qutb.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
“Bunlar Rusiyanın bir çox maliyyə sxemlərini, xüsusən də kriptovalyutanı vuran xüsusi sanksiyalardır. Sanksiyalar Ukrayna Milli Bankının tələbi ilə tətbiq edilib”, - Zelenski qeyd edib.
Onun sözlərinə görə, sanksiya siyahısına 60 hüquqi və 73 fiziki şəxs daxil edilib.