27.04.24 | Bakı 19.03° C |
10:04:25
Lent :

Makrondan Ukrayna ilə bağlı CİDDİ TAPŞIRIQ: Baş İdarə hərəkətə keçdi

01:00 27.03.2024
GÜNDƏM
ads

"Prezident Emmanuel Makron mənə Ukrayna üçün yeni hərbi yardım paketinin hazırlanması barədə göstəriş verib".

Publika.az xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastien Lecornu keçirdiyi mətbuat konfransında bildirib.

Fransanın müdafiə departamentinin rəhbəri qeyd edib ki, hazırda qərargah və Silahlanma üzrə Baş İdarə bu məsələ üzərində işləyir.

Lecornu əlavə məlumat verməyəcəyini bildirsə də, Fransanın ""AMX-10RC təkərli tankları, zirehli personal daşıyıcıları və pilotsuz təyyarələrə qarşı müdafiədə mühüm rol oynayan "Mistral" raketləri olan hava hücumundan müdafiə sistemlərinə malik olduğunu qeyd edib.

Bundan əlavə, nazir bildirib ki, Fransa, Ukrayna və Danimarka arasında Kiyevə 155 mm-lik "Sezar" özüyeriyən haubitsalarını tez bir zamanda tədarük etməyə imkan verəcək razılıq əldə olunub.

AP-nin hesabatında deyilir ki, Fransa yaxın gələcəkdə Ukraynaya 78 belə haubitsa ötürə və bu il ümumilikdə 80 min mərmi çatdıra bilər.

Hüseyn İbadlı


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    19.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az