Nüfuzlu “FourFourTwo” nəşri “Real” tarixinin 50 ən yaxşı futbolçusunun siyahısının yenilənmiş variantını dərc edib.
QÜTB.AZ xəbər verir ki, birinci yeri 1953-1964-cü illərdə komandada çıxış edən hücumçu Alfredo Di Stefano tutub.
İkinci pillədə portuqaliyalı hücumçu Kriştiano Ronaldo yer alıb. "İlk üçlüy"ü fransalı yarımmüdafiəçi Zinəddin Zidan tamamlayıb.
"İlk onluq"a həmçinin Raul, Ferens Puşkaş və Toni Kroos kimi əfsanələr yer alıb. "İkinci onluğ"a Luka Modriç, Serxio Ramos, Luiş Fiqu, Ronaldo, Roberto Karlos və Kərim Benzema kimi futbol ulduzları daxildir.
Qutb