13.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

“Azərpoçt” “Postcargo”nu istifadəyə verdi

27 fev 2025 13:00
GÜNDƏM
ads
Advertisement

“Azərpoçt” MMC-nin təqdim etdiyi “Postcargo” xidməti İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq çərçivəsində “digital.login” ilə giriş funksionallığını istifadəyə verib.

Qutb.az xəbər verir ki, bu yenilik istifadəçilərə “Postcargo” hesablarına giriş prosesini sadələşdirərək həm vaxta qənaəti, həm də rahatlığı təmin edəcək.

Funksionallıqdan faydalanmaq üçün istifadəçilər //postcargo.az/ saytına daxil olub “digital.login” vasitəsilə sürətli şəkildə şəxsi hesablarına keçid edə bilərlər. Müştərinin hesabı yoxdursa, sistem avtomatik olaraq yeni hesab yaradacaq. Mövcud hesabı olan istifadəçilər isə birbaşa sistemə daxil olaraq sifarişlərini asanlıqla idarə edə biləcəklər.

Qeyd edək ki, “Postcargo” Azərbaycanın bütün bölgələrini əhatə edən yüzlərlə poçt şöbəsi ilə müştərilərinə xidmət göstərir. ABŞ, Türkiyə və Almaniyadan alış-veriş edən hər kəs üçün bu xidmət bağlamalarının sürətli və etibarlı şəkildə çatdırılmasını təmin edir.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur