29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Lavrovdan Navalnının ölümü ilə bağlı QƏRBƏ CAVAB: "Öz gözlərindəki tiri görmürlər"

22 fev 2024 17:00
GÜNDƏM
ads
Advertisement

"Qərb Aleksey Navalnının ölümü ilə bağlı situasiyada Rusiyanın işlərinə qarışa bilməz".

Publika.az xəbər verir ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Qərb siyasətçilərinə belə cavab verib.

"Navalnının ölümü ilə bağlı bu isteriya bunu inandırıcı şəkildə göstərdi, mən təfərrüatlı şərh belə vermək istəmirəm, bu insanların bizim daxili işlərimizə qarışmağa haqqı yoxdur. Xüsusən də onların özlərinin də gözündə Culian Assanj, Ukrayna həbsxanasında işgəncədən ölən Qonzalo Lira kimi tir var", - Lavrov deyib.

O, həmçinin Assanjla bağlı vəziyyəti Qərb demokratiyası üçün biabırçılıq adlandırıb.

Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb siyasətçilərinin Navalnının ölümü ilə bağlı dediklərinə cavab verərək, Qərbin reaksiyasını təəccüblü adlandırıb, çünki onların baş verənlər barədə məlumatı yoxdur. Onun sözlərinə görə, bu bəyanatlar artıq siyasi proqrama və təbliğata çevrilib.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur