02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Kişilər evdə qalarsa, Harris prezident olacaq

01 noy 2024 01:00
GÜNDƏM
ads
Advertisement

Demokratlardan prezidentliyə namizəd olmaq üçün mübarizə aparan ABŞ-ın vitse-prezidenti Kamala Harris Miçiqan və Pensilvaniya ştatlarında seçici dəstəyinə görə Respublikaçı Donald Trampdan öndədir. Şimali Karolina ştatında isə Tramp liderlik edir.

QÜTB.AZ xəbər verir ki, bu barədə "YouGov" tərəfindən dərc olunan məlumatlarda deyilir.

Respondentlərin 29%-i Miçiqanda Harrisi dəstəkləyib, 45%-i isə rəqibinə üstünlük verib. Pensilvaniyada respondentlərin 48%-i Harrisi, 47%-i isə Trampı dəstəkləyib.

Oktyabrın 31-də “Newsweek” ABŞ-da prezident seçkilərində səs verən qadınların sayında kəskin artım qeydə alındığını yazıb. Mənbənin sözlərinə görə, erkən səsvermədə qadınlar kişiləri üstələyir. 58 milyondan çox səsvermə bülleteninin 54%-də qadınların, 44%-də isə kişilərin imzası var. Kişilər evdə qalarsa, Harris ABŞ prezidenti olacaq. Eyni zamanda nəşr Donald Trampın tərəfdarlarının əsəbi olduğunu bildirib.

Xatırladaq ki, Amerikada prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur