Şimali Koreya lideri Kim Çen In qarşıdurma baş verəcəyi təqdirdə ABŞ və Cənubi Koreyanı paytaxtları - Vaşinqton və Seulun məhv ediləcəyi ilə hədələyib.
Publika.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
"Əgər opponentlər hərbi qarşıdurmanı seçsələr, o zaman ən kiçik tərəddüd etmədən sarsıdıcı zərbə vurulmalı, düşmənin paytaxtları və hərbi quldur dəstəsi super güclü vasitələrin bütün arsenalından istifadə edilərək tamamilə məhv ediməlidir", - KXDR liderinin sözlərindən sitat gətirilib.
Bundan əvvəl Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya ilə birləşməyi artıq mümkün hesab etmədiyini bildirmişdi. Şimali Koreya lideri sözlərini Seulun "bir xalq, bir dövlət, iki sistem" prinsipi əsasında Koreya yarımadasının birləşdirilməsi siyasətinə zidd olan "udma əsaslı birləşmə" siyasəti yürütməsi ilə izah edib.
Hüseyn İbadlı