27.04.24 | Bakı 26.03° C |
12:04:09
Lent :

Kəpəyin yaranmasının əsas səbəbi AŞKARLANDI

00:00 27.03.2024
GÜNDƏM
ads

"Kəpəyin görünməsi orqanizmdə biotin (vitamin B7) və omeqa-3 turşularının çatışmazlığını səbəbi ola bilər".

Publika.az xəbər verir ki, bunu qidalanma mütəxəssisi və sağlam həyat tərzinə dair kitabların müəllifi Rob Hobson "Daily Mail"ə deyib.

"Vitamin B7 bədəndə karbohidrat və yağ mübadiləsini tənzimləyən bir çox fermentin bir hissəsidir. Bundan əlavə, biotin sinir sisteminin fəaliyyətini və dərinin, saçın və dırnaqların yaxşı vəziyyətini qorumaq üçün lazımdır. Omeqa-3 də sağlam həyat tərzinin vacib elementidir. Bu turşular immunitet sistemini, ürəyi və qan damarlarını gücləndirir. Bundan əlavə, omeqa-3 saç şaftlarının elastikliyinə və möhkəmliyinə kömək edir.

Pəhrizdə omeqa-3 və biotin çatışmazlığı baş dərisinin kifayət qədər nəmləndirilməsinə səbəb ola bilər. Quruluq səbəbindən dərinin kiçik və ya böyük hissələri soyulmağa başlaya bilər", - mütəxəsis qeyd edib.

Hobson vurğulayıb ki, təzə qızılbalıq, badam, fıstıq yağı və günəbaxan toxumlarında yüksək miqdarda B7 vitamini və omeqa-3 yağ turşuları var:

"Pəhrizinizdə bu qidaların nisbətinin artırılması dərinin normal nəm səviyyəsini bərpa etməyə və kəpəyi aradan qaldırmağa kömək edə bilər"

Hüseyn İbadlı


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    26.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az