06.05.24 | Bakı 17.03° C |
17:05:54
Lent :

Almaniyanı dəyişən türk yeməyi: Prezident belə səfərə onu özü ilə aparır

15:00 26.04.2024
GÜNDƏM
ads

Almaniya prezidenti Frank-Valter Ştaynmayerin 60 kiloluq dönərlə Türkiyəyə ilk səfərinin əks-sədası davam edir. 1990-cı illərin əvvəllərində türk dönərinin alman cəmiyyətini necə dəyişdirdiyini araşdıran sosioloq Eberhard Seidel dönərin Almaniyada irqçiliyə qarşı təsirli olduğunu izah edir.

Publika.az xəbər verir ki, Ştaynmayer Türkiyə ziyarətinə özü ilə gətirdiyi 60 kiloluq türk dönəri və Almaniyada məşhur türk dönərçi Arif Keleşlə birlikdə başlayıb.

Almaniyanın Tarabyadakı səfirliyinin iqamətgahında qonaqlar üçün dönər kəsən Ştaynmayer "Almaniyada dönər kimi başqa bir fəst-fud satılmır" deyərək, onun artıq alman milli yeməyi olduğunu bildirib.

Ştaynmayerin "dönərli səfəri" diplomatik jestdən daha çox, Almaniya cəmiyyətində sosial reallığa işarə edir. Yazar Eberhard Seidel 1990-cı illərin əvvəllərində "Doner. Eine Türkisch-Deutsche Kulturgeschichte" (Dönər. Türk-Alman Mədəniyyət Tarixi) adlı sosioloji araşdırmasını nəşr etdirib. O, türk dönərinin Almaniyada türklərə qarşı irqçiliyin qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıb.

Bu gün türk dönəri bütün Avropada istehlak olunur. Təkcə Almaniyada 18 min dönər restoranının olduğu deyilir. Dönəri Avropaya ilk kimin apardığı dəqiq bilinmir. Seidelə görə, Avropadakı Türk Dönər İstehsalçıları Dərnəyi 1972-ci ildə Berlindəki Zooparkdakı köşkündə dönər satan Kadir Nurmanın ilk dönərçi olduğu qənaətindədir.

Roza Şəfiyeva


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    17.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az