Xalq artisti Emin Ağalarov 8 martda xanımları yeni mahnısıyla sevindirəcək.
Publika.az xəbər verir ki, o, bu barədə instaqramda məlumat yayıb.
Ağalarov 8 Mart Beynəlxalq Qadınlar Günü təqdim edəcəyi mahnıdan kiçik bir hissə paylaşıb.
"8 Mart üçün yeni mahnıdan bir hissə. Tapın görüm bunu mənə kim hədiyyə edib?" , - Emin Ağalarov vurğulayıb.
İzləyicilər isə yeni mahnının müəllifinin ulduzun yaxın dostu Maks Fadeyevin olduğunu yazıblar.