Türkiyəli müğənni Ebru Gündeş xəstəliyi səbəbindən Antalya-Side konsertinə fasilə verib.
QÜTB.AZ xəbər verir ki, müğənni tamaşaçılara “qısa fasilə istəyirəm” deyərək səhnə arxasına keçib və geri qayıda bilməyib. Qalan 4 mahnı isə vokalçılar tərəfindən ifa olunub.
49 yaşlı müğənninin təzyiqində problem olduğu, lakin səhhətinin yaxşı olduğu bildirilib.
6 ay əvvəl özündən 12 yaş kiçik iş adamı Murat Özdemirlə ailə quran Ebru Gündeş son zamanlar hamiləlik xəbərləri ilə də gündəmdədir.
Roza Şəfiyeva