Fransanın keçmiş birinci xanımı Karla Bruni sabiq prezident Nikola Sarkozinin prezident seçkisi kampaniyasının maliyyələşdirilməsi işi ilə bağlı növbəti dəfə dindirilib.
Publika.az Fransa KİV-ə istinadla xəbər verir ki, modelyer bu dəfə şübhəli şəxs qismində dindirilib. Halbuki o, indiyədək prosesə yalnız şahid kimi cəlb edilmişdi. Müstəntiqlər hələ ki, Karla Bruni-Sarkozi barədə heç bir qərar qəbul etməyiblər. Onun vəkilləri də məsələ ilə bağlı mətbuata hər hansı bir açıqlama verməkdən imtina edirlər.
Qeyd edək ki, 2007-2012-ci ildə Fransa prezidenti olmuş Nikola Sarkozinin seçki kampaniyasını Liviyanın mərhum rəhbəri Qəddafinin maliyyələşdirdiyi iddia edilir. Mandatı başa çatdıqdan sonra Sarkoziyə qarşı cinayət işi açılıb.