Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın 1,4 milyondan çox izləyicisi olan səhifəsi oğurlanıb.
Publika.az axşam.az-a istinadən xəbər verir ki, "Həmin Zaur"da qonaq olan müğənni Səidə Sultan bu işdə yerli ifaçıların barmağının olduğundan şübhələndiyini bildirib:
"İngilisin nəyinə lazımdır ki, Aygün Kazımovanın səhifəsini oğurlasın və xaricdən öz şəkillərini, videolarını qoysun. Mənə çatmayan budur, inandırıcı deyil. Mənə elə gəlir ki, kiminsə əli ilə olan bir işdir. Çünki mümkün deyil. Necə ola bilər ki, bir xanımın rəsmi səhifəsini silib, başqa müğənnilərin şəklini qoyurlar. İngilis bizim ifaçıları haradan tanıyır?".
Müğənni Zaur Kamalın "Bizim müğənnilərin işidir" sualına isə "Mən belə yanaşıram" cavabını verib.
Qeyd edək ki, bir neçə dəqiqə əvvəl Aygün Kazımovanın səhifəsini ələ keçirilənlər onun hesabında paylaşım edərək müğənniyə şantaj ediblər.