Qəzzada ölən mülki vətəndaşların sayı 24 mini keçib. Hücumların davam etdiyi bir məqamda İsrail Müharibə Kabinetinin üzvündən təəccüblü bir HƏMAS etirafı gəlib.
Publika.az xəbər verir ki, İsrailin Hərbi Nazirlər Kabinetinin üzvü Gideon Saar bildirib ki, HƏMAS hələ də ayaqdadır və məğlubiyyətdən uzaqdır. O, İsrail ordusu radiosunda gündəmlə bağlı dəyərləndirmələr edib:
“Əgər kimsə Qəzza zolağında HƏMAS hakimiyyətinə alternativin ortaya çıxacağını düşünürsə, bu, baş tutmayacaq”.
Saar qeyd edib ki, Təl-Əviv rəhbərliyi Qəzzaya hücumlarda HƏMAS-ın aradan çıxarılması və israilli məhbusların geri qaytarılması kimi hədəflərə əməl etməlidir.
Hücumlardan təxminən 3,5 aya yaxın vaxt keçməsinə baxmayaraq, İsrailin bu məqsədlərə çatmasının çətin olduğu barədə şərhlər verilir.
Roza Şəfiyeva