İsrail Qəzza zolağına inzibati nəzarət qurmaq niyyətində deyil.
Publika.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" yazır.
Müdafiə naziri Yoav Qalantın rəhbərlik etdiyi İsrail Müdafiə Qüvvələri (İDF) müharibədən sonrakı dövr üçün tapşırıqlar hazırlayıb. Sənədə əsasən, anklavda hərbi əməliyyatlar başa çatdıqdan sonra hakimiyyət müəyyən müddətdən sonra yerli administrasiyaya keçəcək.
Nəşrin açıqladığı plan Qəzzada mövcud mülki inzibati strukturların daha geniş “yerli hökumət”ə inteqrasiyasını nəzərdə tutur. Burada radikal Fələstinin HƏMAS hərəkatının tərəfdarlarının iştirak edəcəyi gözlənilmir.
Bundan əvvəl bildirilmişdi ki, Yaxın Şərqdə hərbi əməliyyatların genişlənməsi İsraili ÜDM-in ötən ilki 473 milyard dollardan dörd faiz azalması ilə hədələyir.
Hüseyn İbadlı